Bizimlə əməkdaşlığa bu gün başlayın və fərqi hiss edin!
Falcon X 2022-ci ildə fəaliyyətə başlayaraq hostinq sahəsində keyfiyyətli və etibarlı xidmətlər təmin edir. Biz inanırıq ki, uğurun açarı peşəkar yanaşma və davamlı inkişafdır. Bu gün Falcon X olaraq sayt hostinqi, domen qeydiyyatı, VPS və Fiziki server kirayə həlləri kimi çoxşalı xidmətlər təklif edirik.
Xidmətlərimizin keyfiyyəti beynəlxalq standartlara uyğun olaraq ISO 9001, ISO/IEC 20000-1 və ISO/IEC 27001 sertifikatları ilə təsdiqlənib.
Biz sizə münasib qiymətlər təklif edirik. Xidmətlərimizi yaxından araşdırsanız, qiymətlərimizin nə qədər sərfəli olduğunu görəcəksiniz. Saytınızın tez və asanlıqla onlayn olmasını istəyirsinizsə, Falcon X sizin ünvanınızdır!
Bizim məqsədimiz veb-hostinq sahəsini inkişaf etdirmək və müştərilərimizin etibarını qazanmaqdır. Rəqiblərimizdən fərqli olaraq, daha keyfiyyətli və etibarlı xidmət təklif edə bilmək üçün daima inkişaf edirik. Çünki, müştəri məmnuniyyəti bizim üçün ən önəmlidir.
Hostinq sahəsində yeni olan və ya kiçik bir məsləhətə ehtiyac duyan müştərilərimiz üçün Falcon X daim yanınızdadır! Qaynar xətt, live chat, tiket sistemi, video təlimatlar və FAQ kimi fərqli dəstək metodlarımızla suallarınıza operativ cavab veririk. 24/7 texniki dəstək xidmətimiz istənilən an sizinlədir.
Biz hər kəs üçün ideal veb-hostinq həllərini təklif edirik. Bloq sahiblərindən iri bizneslərə qədər hər kəs bizdən arzuladığı xidməti əldə edə bilər! Saytınızın fasiləsiz və sürətli işləməsinin əhəmiyyətini anlayırıq və buna görə ən yeni avadanlıq və proqram təminatlarından istifadə edirik. Falcon X ilə güclü və etibarlı hostinqə sahib olun!